"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros 8 aylıq məcburi fasilədən sonra özünə yeni iş yeri tapıb.
Fanat.Az xəbər verir ki, 32 yaşlı isveçli forvard karyerasını Niderland Erediviziyasında - "Herakles"də davam etdirəcək.
Armenteros sözügedən klubda 2009-2013 və 2016-2017-ci illərdə də top qovub.
2015/2016 mövsümündə "Qarabağ"da çıxış etmiş Samuel Armenterosun son klubu Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Fucayra" olub.