"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq” Portuqaliya çempionatında növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komanda X turun oyunları çərçivəsində öz meydanında autsayder "Şaviş”lə qarşılaşıb. Lissabon təmsilçisi bu görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb.
Bu qələbə ilə xalını 22-yə yüksəldən "Sportinq” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Şaviş" isə 7 xalla sonuncu - 18-cidi.
"Qarabağ"ın digər rəqibi "Vorskla" Ukrayna Premyer Liqasının XV turunda öz meydanında Donetsk "Şaxtyor"unu qəbul edib. Bu görüşdə Poltava təmsilçisi 0:2 hesabı ilə məğlub olub.
Hazırda 24 xalı olan "Vorskla" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
"Qarabağ"ın digər rəqibi "Arsenal" isə İngiltərə Premyer Liqasını XII turunda doğma meydanda "Volos"u qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
"Arsenal" 12 turdan sonra 24 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
FanatAz