Fransa çempionatının 14-cü turunun qalmaqalla yarımçıq kəsilmiş "Lion" - "Marsel" matçı fevralın 1-də təkrar oynanılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.
Xatırladaq ki, həmin matç start fitindən 2 dəqiqə sonra yarımçıq qalmışdı. Hakim azarkeşlərin davranışına görə oyunu dayandırmışdı. “Lion” azarkeşləri “Marsel”in yarımmüdafiəçisi Dimitri Payetə butulka atıb futbolçunun başını zədələmişdi.
Qeyd edək ki, "Marsel" hazırda Fransa çempionatının turnir cədvəlində 40 xalla üçüncü pillədə qərarlaşıb.