"Qarabağ"ın rəqibinin futbolçuları rəmzi komandada

"Qarabağ"ın rəqibinin futbolçuları rəmzi komandada

Qazaxıstan Peşəkar Futbol Liqası komandaların keçirdiyi yeddi oyunun nəticəsinə əsasən 2021-ci il mövsümünün rəmzi komandasını açıqlayıb.

Fanat.Az "Prosport.kz" saytına istinadən xəbər verir ki, rəmzi "11"liyə "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat"ın üzvləri daxil edilib.

Almatı klubunun hücumçu Vaqner Lav və 20 yaşlı yarımmüdafiəçi Güljigit Alıkulov rəmzi heyətdə yer alıb. 

"Qarabağ"ın rəqibinin futbolçuları rəmzi komandada

Xatırladaq ki, "Qarabağ" - "Kayrat" oyunu oktyabr ayının 21-i keçiriləcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər