"Qarabağ"ın rəqibinin 8 ildi ayağına top dəyməyən ulduzu

"Qarabağ"ın rəqibinin 8 ildi ayağına top dəyməyən ulduzu
"Çelsi"nin bir futbolçusu ilginc xüsusiyyəti ilə ön plana çıxır. Ancaq bu futbolçu nə Alvaro Morata, nə Nqolo Kante, nə Kesk Fabreqas, nə də komandanın digər ulduzlarıdı...
Söhbət Matey Delaçdan gedir. Bu gün bir çox futbolsevərin xorvat qapıçının "Çelsi"də oynadığından xəbəri yoxdu. Amma 25 yaşlı qolkiper düz 8 ildi "Çelsi"nin üzvüdü. 
London klubu onu 2010-cu ildə - 17 yaşında Xorvatiyanın "İnter" (Zapresits) 3 milyon avroya alıb. Ölkənin ən prespektivli qapıçılarından biri olaraq İngiltərəyə transfer olunan Delaç 8 mövsümdə "Çelsi"nin formasını rəsmi oyunlarda bir dəqiqə belə geyinməyib.
Heç bir baş məşqçinin dönəmində forma şansı qazanmayan 25 yaşlı qapıçı bu illərdə düz 8 fərqli kluba icarəyə verilib. Hazırkı baş məşqçi Antonio Konte bu mövsüm onu heyətdə saxlasa da, Tibaut Kurtuanın kölgəsindən çıxa və forma şansı qazana bilmir.
 
"Qarabağ"ın rəqibinin 8 ildi ayağına top dəyməyən ulduzu "Qarabağ"ın rəqibinin 8 ildi ayağına top dəyməyən ulduzu "Qarabağ"ın rəqibinin 8 ildi ayağına top dəyməyən ulduzu "Qarabağ"ın rəqibinin 8 ildi ayağına top dəyməyən ulduzu
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər