"Qarabağ"ın rəqibini tanıyaq: Penaltilərdə bəxti gətirən "Olimpiakos"

"Qarabağ"ın rəqibini tanıyaq: Penaltilərdə bəxti gətirən "Olimpiakos"

"Qarabağ" UEFA Avropa Liqasında G qrupunda "Nant", "Union Berlin" və "Olimpiakos" klubları ilə mübarizə aparacaq. 

Fanat.Az "köhlən atlar"ın rəqiblərindən biri Yunanıstan "Olimpiakos"u haqda bəzi vacib məlumatları təqdim edir: 

"Olimpiakos" Yunanıstanın Super Liqasında Pirey şəhərini təmsil edən peşəkar futbol klubudur. 

Komanda 1925-ci il martın 10-da beş qardaş - Yannis, Dinos, Yorqos, Vasilios və Leonidas Adrianopuloslar tərəfindən yaradılmışdır. Yunanıstanın ən titullu klubudur: 47 dəfə ölkə çempionu olub, 28 dəfə ölkə kubokunun, 4 dəfə Yunanıstan Superkubokunun, 1 dəfə isə Balkan Kubokunun qalibi olub.

Komanda ev oyunlarını 32 115 tamaşaçı tutumuna malik Karaiskakis stadionunda keçirir. 

"Qarabağ"ın rəqibini tanıyaq: Penaltilərdə bəxti gətirən "Olimpiakos"

Komandanın azarkeşləri Avropada öz çılğınlıqları və qalmaqalları ilə tanınır. "Olimpiakos"un "Qeyt 7" fanklubunun tarixi 1957-ci ilə ( o zaman Pirey Olimpiakos Azarkeşləri Assosiasiyası - red.) təsadüf edir.

"Qarabağ"ın rəqibini tanıyaq: Penaltilərdə bəxti gətirən "Olimpiakos"

"Olimipakos" UEFA Çempionlar Liqasına (o zaman Avropa Çempionlar Kuboku - red.) ilk dəfə 1966-cı ildə qatılıb. O vaxtdan bəri komanda mütəmadi olaraq UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində iştirak edir. Pirey təmsilçisi yalnız 2010/11-ci illər mövsümündə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Makkabi Təl-Əviv"ə ümumi hesabda məğlub olaraq çıxışını dayandırıb. 

"Qarabağ"ın rəqibini tanıyaq: Penaltilərdə bəxti gətirən "Olimpiakos"

Pireylilərin tanınmış futbolçularından danışsaq, bir vaxtlar bu klubun formasını geyinmiş braziliyalıları - Covani və Rivaldonu, eləcə də Fil Dişi Sahilindən olan tanınmış yarımmüdafiəçi Yaya Tureni misal gətirmək olar. 

Komanda ÇL-in təsnifat mərhələsində mübarizəni dayandırdıqdan sonra baş məşqçisi Pedro Martin postunu tərk edib. "Olimpiakos"un hazırki çalışdırıcısı 39 yaşlı mütəxəssis Karlos Korberandır.

"Qarabağ"ın rəqibini tanıyaq: Penaltilərdə bəxti gətirən "Olimpiakos"

İspaniyalı çalışdırıcı daha əvvəl Kiprin "Ermis" və "Doxa", İngiltərənin "Haddersfild" klublarında çalışıb. Çempionşipdə mövsümboyu 3-4-3 taktiki düzülüşünə üstünlük verən Korberan "Olimpiakos"dakı 4-lü müdafiə ənənəsini pozmayıb. 

Onun başçılığı altında "Olimpiakos" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb: 

Slovan Bratislava - Olimpiakos 1:1  Olimpiakos - Slovan Bartislava 2:2 (penaltilərdə Olimpiakos) Apollon Limassol - Olimpiakos 1:1 Olimpiakos - Apollon Limassol  1:1  (penaltilərdə Olimpiakos) 

Ölkə çempionatının ilk turunda Pirey təmsilçisi "Yannina"nı məğlub (2:0) edərək 3 xal qazanıb. Ötən gecə isə "Olimpiakos"un  "Asteras Tripols"lə oyunu qolsuz bərabərliklə sona çatıb. 

Komandanın növbəti iki oyunu: 

3 sentyabr 20:00. "Olimpiakos" - "Lonikos" (Yunanıstan Premyer Liqası) 8 sentyabr 23:00. "Nant" - "Olimpiakos" (UEFA Avropa Liqası) 

Komandanın ən təhlükəli futbolçuları: 

Öncə öz təcrübəsi və sürəti ilə seçilən Matyö Valbuena amilini qabartmalıyıq. Matyönün 37 yaşı olsa da, təcrübəsi komandaya hər zaman dəstək ola bilər. Fransalı futbolçu ötən mövsüm "Olimpiakos"un heyətində cəmi 5 dəfə start 11-likdə meydana çıxıb. Ümumilkdə 27 oyunda iştirak edən yarımmüdafiəçi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

Baş məşqçinin ən çox güvəndiyi forvard 25 yaşlı hücumçu Lazar Randeloviçdir. Serbiyalı hücumçu ötən mövsümü icarə əsasında "Leqanes"də keçirib. O, İspaniya Sequndasında çıxdığı 34 oyunda 5 qol vurub. 

"Qarabağ"ın rəqibini tanıyaq: Penaltilərdə bəxti gətirən "Olimpiakos"

Baş məşqçinin "gizli silahlar"ından biri də 35 yaşlı mərakeşli futbolçu Yusuf Əl-Ərəbidir. Yusuf ötən mövsüm Yunanıstan Premyer Liqasında 13 qolla bombardirlər siyahısında 4-cü olub. Sözgedən futbolçu Pirey klubunda keçirdiyi 3 mövsümdə 58 dəfə fərqlənə bilib. Statistikaya diqqət yetirsək, Əl-Ərəbi ikinci hissədə meydana daxil olub fərqlənmək təcrübəsinə malikdir.

"Olimpiakos" keçirdiyi son 8 rəsmi oyunda 1 dəfə məğlub olub, 4 dəfə heç-heçə edib və 3 dəfə qalib gəlib. Həmin görüşlərdə rəqib qapısına 8 qol vuran komanda 10 dəfə topu tordan çıxartmalı olub. 

Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər