"Qarabağ"ın rəqibini "kötəklədilər"

"Qarabağ"ın rəqibini "kötəklədilər"

Fransa çempionatında 10-cu turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da növbəti oyununa çıxıb.   Sözügedən komanda səfərdə “Renn”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyunda 3 cavabsız qolla məğlub olub – 0:3.

“Nant” 10 turdan sonra 7 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb. “Qarabağ” bu rəqibini Bakıdakı ilk matçda 3:0 hesabıyla məğlub edib. İkinci matç isə oktyabrın 27-də Fransada baş tutacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər