"Qarabağ"ın rəqibini Bakıya kim yola salacaq?

"Qarabağ"ın rəqibini Bakıya kim yola salacaq?

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində rəqibi "Viktoriya" (Plzen) Bakıya avqustun 16-da gələcək.

Fanat.Az xəbər verir ki, bundan 3 gün əvvəl isə Çexiya çempionu daha bir oyuna çıxacaq. 

Mihal Bilekin baş məşqçisi olduğu komanda avqustun 13-də Çexiya çempionatının 3-cü turu çərçivəsində "Hradeç-Kralove" ilə qarşılaşacaq. Oyun yerli vaxtla saat 19:00-da rəqib meydanında baş tutacaq. Başqa sözlə, "Qarabağ"ın rəqibi səfərə səfərdən yollanacaq.

Qeyd edək ki, "Qarabağ"la "Viktoriya"nın ilk görüşü avqustun 17-də Bakıda oynanılacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Komandalar arasında cavab qarşılaşması isə avqustun 23-də Plzendə olacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər