"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın "Gent" klubu heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, komanda nigeriyalı futbolçu Emmanuel Urbanı transfer edib.
21 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Emmanuel Urban son olaraq Norveçdə "Stabek"in formasını geyinib. O, ötən mövsüm 24 oyunda 19 qol vurub.
Xatıladaq ki, “Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə baş tutacaq.