Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqiblərindən olan İsrailin "Makkabi” (Təl-Əviv) klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Təl-Əviv təmsilçisi Tanzaniyanın "Azam" komandasından Novatus Disması transfer edib. Gənc yarımmüdafiəçi ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, "Makkabi" dünən qrup mərhələsindəki ilk matçda "Qarabağ"ı minimal hesabla məğlub edib - 1:0.
Fanat.Az