"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Vorskla" heyətini gücləndirib.
Fanat.Az xəbər verir ki, Ukrayna klubu malili İbrahim Kone və qanalı Nacib Yakubunu transfer edib.
18 yaşlı futbolçuların adı Ukrayna təmsilçisinin yeni mövsüm üçün sifariş ərizəsinə əlavə olunub. Kone yarımmüdafiəçi, Yakubu isə müdafiəçidir.
Qeyd edək ki, "Vorskla" E qrupunda "Qarabağ"la yanaşı, "Arsenal" və "Sportinq"lə də mübarizə aparacaq.
Fanat.Az