"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "Arsenal" müqavilə ilə "Real"a məxsus olan Xames Rodrigesi transfer etmək istəyir.
Fanat.Az "Don Balon"a istinadən xəbər verir ki, London klubu icarə əsasında oynadığı "Bavariya"da xoşbəxt olmadığını deyən və ayrılmaq istəyən kolumbiyalı üçün 60 milyon avro təklif edəcək.
"Arsenal"ın bu transferi reallaşdırması üçün əvvəlcə Rodrigesin "Bavariya" ilə icarə müqaviləsi pozulmalıdı. Bundan sonra ingilislər "Real"la danışıqlar masasına əyləşməlidi.
Qeyd edək ki, Rodriges 2014-cü ildə "Monako"dan "Real"a 75 milyon avroya transfer olunub. "Kral Klubu" ötən yay onu 13 milyont avroya iki illik "Bavariya"ya icarəyə verib. Hazırda "Transfermarkt"ın 80 milyon avro qiymət qoyduğu 27 yaşlı yarımmüdafiəçi cari mövsümdə 11 oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Onu da qeyd edək ki, "Arsenal" "Qarabağ"la Bakıda keçirdiyi oyunda 3:0 hesabı ilə qalib gəlib. Bu komandalar Londonda dekabrın 13-də görüşəcəklər.
Fanat.Az