“Qarabağ”ın rəqibindən 4 qolluq qələbə

“Qarabağ”ın rəqibindən 4 qolluq qələbə
Lüksemburq çempionatında 8-ci turun oyunları keçirilib. 
Fanat.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ”ın rəqibi olan "Düdelanj” doğma meydanda "Rodanqe” ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu görüşdən qələbə ilə ayrılıb – 4:0.
 
8 oyuna 10 xal toplayan "Düdelanj” hazırda 14 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Lüksemburq təmsilçisi ilə "Qarabağ” arasındakı ilk oyun oktyabrın 3-də bu ölkədə baş tutub və Ağdam klubunun 4:1 hesablı qələbəsiylə başa çatıb. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər