"Qarabağ"ın rəqibində koronavirusa yoluxanların sayı artdı

"Qarabağ"ın rəqibində koronavirusa yoluxanların sayı artdı
"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyə "Sivasspor"unun daha bir futbolçusunda koronavirus aşkarlanıb.
 
Fanat.Az xəbər verir ki, bu barədə "TRT Spor" məlumat yayıb.
 
Xəbərə görə, infeksiyaya yoluxanların futbolçuların sayı 4-ə çatıb. Onlardan 2-si əsas heyət üzvüdür. İndiyədək yoluxanların heç birinin adı açıqlanmayıb.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
 
Xatırladaq ki, Sivas təmsilçisi sabah Türkiyə Super Liqasının 8-ci tur matçında "Fatih Karagümrük" klubunun qonağı olacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər