"Qarabağ"ın rəqibi: "Öz oyunumuzu göstərmək üçün gəlmişik"

"Qarabağ"ın rəqibi: "Öz oyunumuzu göstərmək üçün gəlmişik"

Macarıstanın "Fernetsvaroş" klubunun yarımmüdafiəçisi  Anderson Esiti Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində bu gün Bakıda Azərbaycanın “Qarabağ” komandasına qarşı keçirəcəkləri ilk oyunla bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, klubun rəsmi saytı 28 yaşlı nigeriyalı futbolçunun dediklərini belə çatdırıb:

“Oynayacaqımız stadion, ənənəvi arenaya bənzəyir. Yaxşı meydançadır. Biz buraya öz oyunumuzu göstərmək üçün gəlmişik. Əlimizdən gələni etməyə çalışacağıq. Pley-off mərhələsinə vəsiqə qazanmaq üçün irəlidə iki oyunumuz var. Diqqətimizi birinci oyuna yönəltməliyik. Ağıllı oynamalı, hər şeyimizi verməliyik. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər