Portuqaliya çempionatında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ”ın rəqiblərindən olan "Sportinq” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Feyrense” ilə qarşılaşıb. "Qarabağ”ın rəqibi bu görüşdən qalib ayrılıb - 1:0. Yeganə qolu 88-ci dəqiqədə Covane Kabral vurub.
"Sportinq” 4 oyundan sonra 10 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
"Qarabağ” Avroliqada ilk oyununu sentyabrın 20-də səfərdə "Sportinq”ə qarşı keçirəcək.
Fanat.Az