"Qarabağ"ın rəqibi yenilgidən sona yaxın qurtuldu

"Qarabağ"ın rəqibi yenilgidən sona yaxın qurtuldu

Fransa çempionatında 5-ci turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da növbəti oyununa çıxıb.   "Sarı yaşıllar" səfərdə “Strasbur”la qarşılaşıb. Görüş 1:1. hesabı ilə yekunlaşıb. Meydan sahibləri 28-ci dəqiqədə hesabı açsa da, "Qalatasaray"ın “Nant”a icarəyə verdiyi hücumçu - misirli Mustafa Məhəmməd 85-ci dəqiqədə komandasını yenilgidən qurtarıb.   5 tura 6 xal toplayan “Nant” 20 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.

“Qarabağ” Fransa təmsilçisi ilə sentyabrın 15-də Bakıda, oktyabrın 27-də səfərdə üz-üzə gələcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər