"Qarabağ"ın rəqibi yenə qələbə qazana bilmədi

"Qarabağ"ın rəqibi yenə qələbə qazana bilmədi

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Sürix” İsveçrə çempionatında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, sözügedən komanda II turun görüşləri çərçivəsində “Lutsern”ı qəbul edib. Matç 0:0 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, "Sürix" ilk turda “Yanq Boyz”a 0:4 hesabı ilə məğlub olub. Hazırda komanda 2 turdan sonra 1 xalla 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” ilə “Sürix” arasında Bakıda keçirilən ilk oyunda Ağdam təmsilçisi 3:2 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı cavab görüşü iyulun 28-də İsveçrədə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər