Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Aberdin” yeni transfer reallaşdırıb.
Fanat.Az Şotlandiya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub "Vulverhempton"un hücumçusu Austin Samuelsi 1 mövsümlük icarəyə götürüb. Müqavilənin sonunda klubun 20 yaşlı futbolçunu satın almaq hüququ da var.
Sürəti ilə seçilən gənc forvard son mövsümü İngiltərənin digər klubu "Bredford Siti"də icarə əsasında keçirib.
Qeyd edək ki, "Qarabağ" Bakıdakı ilk oyunda "Aberdin"ə 1:0 hesabı ilə qalib gəlib. Komandaların Şotlandiyadakı cavab matçı isə avqustun 26-da olacaq.