"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Olimpik Marsel" ulduz futbolçuya "elçi düşüb".
Fanat.Az xəbər verir ki, Fransa klubu "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq ilə maraqlanır.
Məlumatı "Sky Sports" saytı yayıb.
Qabonlu futbolçu "Olimpik Marsel"lı yanaşı PSJ, "Yuventus", "Sevilya", "Milan" və "Əl-Nəsr" kimi klubların da diqqət mərkəzindədir.
Xatırladaq ki, hazırda futbolçu koronavirus yoluxması ilə əlaqədar olaraq xüsusi karantin rejimindədir.
Emin