"Qarabağ"ın rəqibi uduzdu - VİDEO

"Qarabağ"ın rəqibi uduzdu - VİDEO
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" La Liqada növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, Xulen Lopeteqinin komandası VI turda səfərdə "Eybar"la qarşılaşıb və  2:3 hesabı ilə uduzub.
"Sevilya" 11-33-cü dəqiqələrdə Lukas Okampos və Oliver Torresin qollarına sevinsə də, meydan sahibləri ikinci yarıda 3 qol vuraraq qələbə qazanıb. "Eybar"ın qollarına Fabian Orellana, Pedro Leon və Kote imza atıb. "Sevilya"nin heyərində isə 
Qeyd edək ki, 6 oyundan sonra "Sevilya" 10 xalla 7-ci pillədə, "Eybar" 5 xalla 16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 14 xalla "Real" başçılıq edir. "Atletiko" 13 xalla 2-ci, "Atletik" 12 xalla 3-cüdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər