"Qarabağ"ın rəqibi üçün şad xəbər

"Qarabağ"ın rəqibi üçün şad xəbər
UEFA Avropa Liqasında I qrupunun ilk tur matçında "Qarabağ"ı qəbul edəcək İsrailin "Makkabi" (Tel-Əviv) komandasının üzvləri növbəti dəfə koronavirus testindən keçib.
 
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Xəbərə görə, bütün futbolçuların testinin cavabı mənfi çıxıb. 
Son bir neçə həftədə Tel-Əviv təmsilçisinin 12 futbolçusu virusa yoluxmuşdu ki, onların əksəriyyəti artıq komanda ilə birlikdə məşqlərdə iştirak edirlər.
Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər