"Qarabağ"ın rəqibi təcrübəli oyunçusu ilə yollarını ayırdı

"Qarabağ"ın rəqibi təcrübəli oyunçusu ilə yollarını ayırdı

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” Kostas Manolasla yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

31 yaşlı müdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Şarca” klubunda davam etdirəcək.

Qeyd edək ki, “Qarabağ” dünən yeni baş məşqçi ilə - ispaniyalı Miçellə anlaşan “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər