“Qarabağ”ın rəqibi “Standard”la bacarmadı

“Qarabağ”ın rəqibi “Standard”la bacarmadı

Futbol üzrə Belçika çempionatında 18-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Gent" də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Lyej “Standard”ı ilə qarşılaşıb. Tərəflər meydanı qolsuz tərk ediblər – 0:0.

Bu heç-heçədən sonra “Gent” 31 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

"Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər