"Qarabağ"ın rəqibi Slovakiya millisinin üzvünü transfer etdi

"Qarabağ"ın rəqibi Slovakiya millisinin üzvünü transfer etdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" (Plzen) komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Plzen təmsilçisi Vatslav Yemelkanın ardından Erik Jirkanı transfer edib. 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Sonuncu klubu İspaniya “Real Ovyedo”su olan cinah oyunçusu 2017/2018 mövsümündə "Spartak Trnava" forması ilə Slovakiya, 2018/2019-də isə "Crvena Zvezda"nın heyətində Serbiya çempionu olub. Bundan başqa, o, Polşanın "Qornik Zabrze" və İspaniyanın "Mirandes" klublarında da çıxış edib.   Erik Jirka Slovakiya millisinin liderlərindən biridir. O, martda Norveç və Finlandiya ilə duellərdə də çıxış edib. "Suomi" millisi ilə qarşılaşmada Jirka hətta vurduğu qolla komandasına qələbə qazandırıb. 

“Viktoriya”nın baş məşqçisi Mixal Bilek klubun saytına Jirkanın transferi ilə bağlı fikirlərini bildirib: “O, bizim oyun üslubumuza mükəmməl uyğun gələn sürətli cinah oyunçusudur. Bundan əlavə, Erikin yeni mühitə uyğunlaşmaqda problemi olmamalıdır. Ona görə də o, tez bir zamanda komandamıza uyğunlaşmalıdır”.

Futbolçunun özü də bu transferdən məmnundur: “Əlbəttə, Plzeni səbirsizliklə gözləyirəm. Agent mənə deyəndə çox həyəcanlandım. Çempionlar Liqası uğrunda mübarizə Plzendəki bütün oyunçular kimi mənim üçün də böyük motivasiyadır. Matçlara müdaxilə etməyə, komandaya kömək etməyə hazıram. Bunun üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, "Qarabağ" və "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Cavab qarşılaşması isə avqustun 23-də Plzendə baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər