"Qarabağ"ın rəqibi "Real"ın 101 milyonluq ulduzunu alır

"Qarabağ"ın rəqibi "Real"ın 101 milyonluq ulduzunu alır
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Çelsi" "Real"ın ulduzuna elçi düşüb. Fanat.Az xəbər verir ki, London klubunun baş məşqçisi Antonio Konte Qaret Beylin alınmasını istəyir.
İddialara görə, "Çelsi"nin bu transferdəki ən önəmli rəqibi "Mançester Yunayted"di. Mançester klubunun baş məşqçisi Joze Mourinyo da "Real"da rəhbərliyi altında oynamış uelsli ulduzu transfer etmək istəyir.
Qeyd edək ki, "Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya alıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər