"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın "Sportinq" klubu yayda İngiltərə "Vulverhempton"una yollanan əsas qapıçısı Ruy Patrisiunun transfer hüququnu satıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İngilislər "Sportinq"ə 18 milyon avro ödəyəcək.
Qeyd edək ki, yazda "Sportinq"də klub prezidenti ilə futbolçular arasında qalmaqal baş vermiş, daha sonra fanatlar komandanın məşq bazasına hücum etmişdi. Bundan sonra qrup futbolçu, o cümlədən, Patrisiu klubla müqaviləsini birtərəfli qaydada pozaraq başqa klublara üz tutmuşdu. Sonrada Portuqaliya təmsilçisinin FIFA-ya şikayətindən sonra yeni prezident Frederiko Varandaş gedən oyunçuların yeni klubları ilə danışıqlara başlayıb. Hazırda "Qarabağ"da olan Simeon Slavçev də müvavilə üzrə "şirlər"ə məxsus olub.
Fanat.Az