"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni yenilədi

"Qarabağ"ın rəqibi qapıçısı ilə müqaviləni yenilədi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya "Frayburq"u qapıçısı Noa Atubolu ilə müqaviləni yeniləyib.

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.

Lakin 20 yaşlı qolkiperlə imzalanmış yeni sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər