"Qarabağ"ın rəqibi PSJ-nin sabiq baş məşqçisi ilə anlaşdı 

"Qarabağ"ın rəqibi PSJ-nin sabiq baş məşqçisi ilə anlaşdı 

Fransa millisinin və PSJ-nin sabiq baş məşqçisi Loran Blan "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi olan Yunanıstan "Olimpiakos"una rəhbərlik edə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Nikolo Skira  yayıb.

Xəbərə görə, Pirey təmsilçisinin 56 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Blan bu postda Karlos Korberanı əvəzləyəcək.

Xatırladaq ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər