"Qarabağ"ın rəqibi Nişansız qaldı

"Qarabağ"ın rəqibi Nişansız qaldı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya “Frayburq”u futbolçusu Nişan Burkartı icarəyə göndərib.

Fanat.Az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı hücumçu mövsümün sonunadək İsveçrənin “Vintertur” komandasında çıxış edəcək. İsveçrəli futbolçu bu mövsüm "Frayburq"un U-23 komandasının heyətində 4 oyuna çıxıb.

O, 2019-cu ildə "Mançester Yunayted"in gənclər komandasından Almaniya klubuna transfer olunub və ötən il Bundesliqada debütünü reallaşdırıb. 

“Frayburq” qrup mərhələsində ilk oyununu sentyabrın 8-də “Europa Park” stadionunda “Qarabağ”a qarşı keçirəcək. İkinci matç isə noyabrın 3-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər