“Qarabağ”ın rəqibi Niderland klubunu darmadağın etdi

“Qarabağ”ın rəqibi Niderland klubunu darmadağın etdi

Belçikanın “Gent” komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Fanat.Az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-offunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan sözügedən komanda Niderland təmsilçisi “Herenven”lə üz-üzə gəlib.

Beş qolun qeydə alındığı bu oyunda “Qarabağ”ın rəqibi darmadağına sevinib – 4:1.

“Gent”in heyətində Huqo Kuypers dubla imza atıbsa, digər qolları İbrahim Salahla Malik Fofana vurublar.

“Qarabağ”ın “Gent”lə ilk oyunu gələn il fevralın 16-da Bakıda, cavab qarşılaşması isə ayın 24-də Belçikada baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər