"Qarabağ"ın rəqibi mövsümün ilk titul oyununu uduzdu

"Qarabağ"ın rəqibi mövsümün ilk titul oyununu uduzdu

Futbol üzrə Polşa Super Kubokunun qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir k, titul uğrunda görüşdə çempion "Lex" və ölkə kubokunun sahibi "Rakuv" komandaları üz-üzə gəlib.

Poznandakı "Miejski" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.  Bununla da "Rakuv" iki ildən sonra - tarixində ikinci dəfə Super Kuboku əldə edib.

Qeyd edək ki, "Lex" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir. İki komanda arasında Poznanda keçirilmiş ilk görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb (1:0). Cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər