“Qarabağ”ın rəqibi milyarderə satıldı

“Qarabağ”ın rəqibi milyarderə satıldı

UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan Kiprin "Omoniya" klubu İngiltərədə yaşayan milyarder Con Xristoduluya satılıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Financial Mirror" nəşri yayıb. 

Xəbərə görə,  kiprli biznesmen hazırkı investor Stavros Papastavruya 28 milyon avro ödəyib. Artıq bu barədə UEFA da məlumatlandırılıb.

Qeyd edək ki, "Qarabağ" - "Omoniya" qarşılaşması noyabrın 25-də Bakıda, Tofik Bəhramov adına stadionda keçiriləcək. Matç 21:45-də start götürəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər