"Qarabağ"ın rəqibi məşqçilər korpusunu yenilədi

"Qarabağ"ın rəqibi məşqçilər korpusunu yenilədi

UEFA Konfrans Liqasında "Qarabağ"ın yer aldığı qrupu lider kimi başa vuran "Bazel" baş məşqçisi Patrik Rahmenlə müqavilənin müddətini 2023-cü ilin yayına qədər uzadıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İsveçrə klubu təcrübəli çalışdırıcını postunda saxlasa da, məşqçilər korpusunda əsaslı dəyişiklik edib.

Yayda köməkçi məşqçi təyin olunan Mixel Silberbayerlə yollar ayrılıb. Əvəzində baş məşqçiyə iki yeni köməkçi təyin olunub. Vaxtilə futbolçu kimi "Bazel"in uğurları üçün çalışan Boris Smilyaniç bu dəfə baş məşqçinin əsas köməkçisi olacaq. "Xüsusi məşqçi" statusunda kluba təyin olunan Gilermo Abaskal isə ispaniyalıdır. Cəmi 32 yaşı olan Abaskal 2017/2018 mövsümündə - cəmi 29 yaşında "Luqano"nun baş məşqçisi olmaqla yaddaşlarda qalıb. Bundan sonra o, "Askoli"də məşqçi, son olaraq isə Yunanıstan "Volos"unda baş məşqçi olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər