“Qarabağ”ın rəqibi kubokdan darmadağınla qovuldu

“Qarabağ”ın rəqibi kubokdan darmadağınla qovuldu

Futbol üzrə Belçika kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Union” komandası ilə qarşılaşıb. 0:4 hesabıyla məğlub olan “Qarabağ”ın rəqibi Belçika kuboku ilə vidalaşıb.

"Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər