"Qarabağ"ın rəqibi ilk qələbəsini geridönüşlə qazandı

"Qarabağ"ın rəqibi ilk qələbəsini geridönüşlə qazandı

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də 4-cü turun oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, eyniadlı şəhərin təmsilçisi öz meydanında "Tuluza"nı 3:1 hesabı ilə yenib. 

Hesabı qonaqlar açsa da, Evann Gessand 50-ci, Mustafa Məhəmməd 55-ci və Moyzes Simon 61-ci dəqiqədə "Tuluza"nın qapısına yol tapıb. Beləliklə, "Nant" parlaq geridönüş sayəsində çempionatda ilk qələbəsini qazanıb.

Hazırda 5 xalı olan Antuan Kambuarenin yetirmələri 10-cu pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər