"Qarabağ"ın rəqibi iki gün əvvəl gəlir

"Qarabağ"ın rəqibi iki gün əvvəl gəlir

UEFA Avropa Liqasının G qrupunun II turunda "Qarabağ"ın qonağı olacaq Fransanın "Nant" komandasının Bakıya səfər proqramı bəlli olub.

Fanat.Az xəbər verir ki, Liqa1 təmsilçisi bu gün saat 22:00-da Azərbaycan paytaxtında olacaq.

Sentyabrın 14-də komandanın baş məşqçisi Antuan Kambuarrenin oyun öncəsi mətbuat konfransı keçiriləcək. Ardınca isə media üçün ilk 15 dəqiqəsi açıq məşq prosesi baş tutacaq.

"Nant" qarşılaşmadan dərhal sonra Fransaya qayıdacaq.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər