“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan “Olimpik Marsel” hücumçusu Dario Benedetto ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Fransa klubunun rəsmi saytı yayıb.
Argentinalı hücumçu 2016-2019-cu illər aralığında formasını geyindiyi “Boka Xuniors”a dönüb.
Marsellilər Argentina millisinin sabiq üzvünü 2019-cu ildə sözügedən klubdan 14 milyon avroya almışdı. “Boka Xuniors” isə onu geri qaytarmaq üçün fransızlara 3 milyon avro ödəyib.
“Qarabağ”la “Olimpik Marsel” arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab matçı isə fevralın 24-də Bakıda keçiriləcək.