"Qarabağ"ın rəqibi hücum xəttini gücləndirir

"Qarabağ"ın rəqibi hücum xəttini gücləndirir

"Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən Kipr "Omoniya"sı heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

Fanat.Az "ShootAndGoal"a istinadən xəbər verir ki, Nikosiya təmsilçisi  APOEL ilə müqaviləsini yekunlaşdıran norveçli yarımmüdafiəçi Qayas Zahidlə ilə danışıqlara başlayıblar.

Norveç millisinin üzvü başqa təklifləri də nəzərdən keçirəcək.

Qeyd edək ki, Kipr və Azərbaycan təmsilçiləri arasında ilk matç sentyabrın 30-da Nikosiyada, ikinci qarşılaşma isə noyabrın 25-də Bakıda keçiriləcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər