“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Olimpik Marsel” futbolçusu Cordan Amavini icarəyə verib.
Fanat.Az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, 27 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Nitsa” klubunda çıxış edəcək.
Qeyd edək ki, 2018-ci ilin yayından “Olimpik Marsel”də çıxış edən Amavi cari mövsüm cəmi 4 oyuna çıxıb.
Xatırladaq ki, “Qarabağ”ın “Olimpik Marsel”lə ilk görüşü fevralın 17-də Fransada keçiriləcək. Cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.