“Qarabağ”ın rəqibi futbolçusunu Bundesliqa klubuna satdı

“Qarabağ”ın rəqibi futbolçusunu Bundesliqa klubuna satdı

“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçika “Gent”i bir futbolçusu ilə yollarını ayırıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Andreas Hançe-Olsen karyerasını Almaniyada davam etdirəcək.

Norveç millisinin üzvü Bundesliqa təmsilçisi “Maynts”la anlaşıb. Almaniya klubu 26 yaşlı mərkəz müdafiəçisi ilə 3.5 illik müqavilə imzalandığını açıqlayıb.

“Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə 23-də Gentdə baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər