"Qarabağ"ın rəqibi Fransa millisindəki karyerasını bitirdi

"Qarabağ"ın rəqibi Fransa millisindəki karyerasını bitirdi
"Qarabağ”ın Avropa Liqasında rəqiblərindən olan "Arsenal”ın futbolçusu Loran Koselni Fransa yığmasındakı karyerasını başa vurub.
Fanat.Az xəbər verir ki, 33 yaşlı mərkəz müdafiəçisi bu barədə "Canal+”a müsahibəsində açıqlama verib: "Fransa millisinə bacardığım hər şeyi verdiyimi düşünürəm. Hazırda komandada çox gözəl yeni nəsil var. Mənim üçün isə yığma karyerası başa çatdı. Hər zaman millini dəstəkləyəcəyəm. Çünki ölkəmizi təmsil edir. Lakin daha komandada çıxış etməyəcəyəm”.
Qeyd edək ki, zədə səbəbindən "DÇ-2018"dən kənarda qalan Koselni 2011-ci ildən çağırıldığı Fransa millisində 51 oyun keçirib və 1 qol vurub. Əvvəllər Fransanın "Genqam", "Tor" və "Loryan" klublarında çıxış edib. "Arsenal" onu 2010-cu ildə "Tur"dan 12.5 milyon avroya alıb.
Onu da qeyd edək ki, E qrupunda yer alan "Qarabağ” II turda evdə "Arsenal”a 0:3 hesabı ilə uduzub. Təcrübəli müdafiəçi zədə səbəbindən bu oyunu buraxıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər