"Qarabağ"ın rəqibi formalarını hərraca çıxardı

"Qarabağ"ın rəqibi formalarını hərraca çıxardı

"Qarabağ"ın Konfrans Liqasındakı rəqiblərindən olan "Omoniya" xeyriyyə tədbirinə qatılıb.

Fanat.Az xəbər verir ki, başçısını itirən altı nəfərlik bir ailəni dəstəkləmək üçün təşkil olunan xeyriyyə tədbiri ötən şənbə günü Larnakada baş tutub.

Kipr klubu tədbirdə qapıçı Konstantinos Panagi ilə təmsil olunub.

"Qarabağ"ın rəqibi ailəni maddi cəhətdən dəstəkləmək məqsədi ilə üzərində komanda üzvlərinin imzası olan formaları hərraca çıxarıb. Köynəklərin ilkin qiyməti 200 avrodur. "Qarabağ"ın rəqibi formalarını hərraca çıxardı

Qeyd edək ki, "Omoniya" ilə iki həftə əvvəl səfərdə qarşılaşan "Qarabağ" 4:1 hesabı ilə qalib gəlib. Tərəflər arasında Bakıdakı görüş noyabrın 25-də baş tutacaq.  

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər