Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Vorskla” "Fənərbaxça”nın futbolçusu Adenis Şalanı transfer edib.
Fanat.Az xəbər verir ki, 20 yaşlı hücumçunun keçidində Ukrayna klubunun sabiq üzvü Armend Dallku rol oynayıb. Müqavilənin detalları açıqlanmır.
Adenis Şala bu ilin yayında Kosovonun "Velaznimi” klubundan "Fənərbaxça”ya transfer olunub. O, İstanbul klubunun U-21 komandasında çıxış edib. 20 yaşlı futbolçu bu yaxınlarda Kosovonun U-21 yığmasını Albaniyanın müvafiq yaş qrupu üzrə milli komandasına dəyişib.
Qeyd edək ki, "Qarabağ" "Vorskla” ilə ev oyununda uduzub, səfərdə isə qalib gəlib. Hər iki matç eyni hesabla bitib - 1:0.
Fanat.Az