"Qarabağ"ın rəqibi erməni futbolçunu iştirak ərizəsinə salmadı

"Qarabağ"ın rəqibi erməni futbolçunu iştirak ərizəsinə salmadı

Fransanın "Nant" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın rəqibinin baş məşqçisi Antuan Kombuare siyahısında 24 futbolçu yer alıb.

Liqa 1 təmsilçisinin erməni əsilli oyunçusu Qor Manvelyan əsas siyahıda yer almayıb.

Qapıçılar: 1. Alban Lyafon, 16. Remi Deskam, 30. Denis Petriç

Müdafiəçilər: 2. Fabio, 3. Andrey Cirotto (hər ikisi Braziliya), 4. Nikolya Pallua, 12. Dennis Appia, 21. Jan-Şarl Kastelletto, 23. Robin Vuazin, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 93. Şarl Traore

Yarımmüdafiəçilər: 5. Pedro Çirivelya (İspaniya), 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 20. Loann Duse

Hücumçular: 7. Evann Gessan, 11. Markus Koko, 14. İqnatius Qanaqo (Kamerun), 27. Moyzes Simon (Nigeriya), Mustafa Məhəmməd (Misir), Abdul-Kader Bamba

Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər