"Qarabağ"ın rəqibi dramatik qələbə ilə 1/8 finala yüksəldi

"Qarabağ"ın rəqibi dramatik qələbə ilə 1/8 finala yüksəldi

Futbol üzrə Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, Avropa Liqasının G qrupunda “Qarabağ"ın rəqiblərindən olan "Frayburq" da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən komanda öz meydanında "Sankt-Pauli"ni 2:1 hesabı ilə yenərək 1/8 finala yüksəlib. Oyunda hesabı 43-cü dəqiqədə qonaqlar açıblar. Meydan sahibləri 90+3-cü dəqiqədə Mattias Ginterlə tarazlığı bərpa ediblər. Matçın əsas vaxtı bu hesabla başa çatıb. 119-cu dəqiqədə isə Mixael Qreqoriç fərqlənərək Frayburq təmsilçisinə qələbə qazandırıb.

Xatırladaq ki, “Qarabağ” Almaniyada bu rəqibinə 1:2 hesabı ilə uduzub. Tərəflərin ikinci dueli noyabrın 3-də Bakıda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər