Belçika Futbol Assosiasiyası “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan “Gent”i cərimələyib.
Fanat.Az xəbər verir ki, buna sözügedən komandanın azarkeşlərinin ölkə çempionatı çərçivəsində baş tutan “Brügge” ilə ev oyunundakı (2:0) davranışları səbəb olub.
Fanatlar priotexniki vasitələrdən istifadə etdiyi və təhqiredici şüarlar səsləndirdiyi üçün kluba 1500 avro cərimə kəsilib. “Gent”ə şərti cəza da verilib. Eyni hal fanatlar tərəfindən qarşıdakı 1 il ərzində təkrar olunsa, komandanın ev oyunlarını keçirdiyi “Gelamko Arena”nın 225-ci sektoru 1 oyunluq bağlanacaq.
Xatırladaq ki, “Qarabağ” “Gent”lə ilk oyununu fevralın 16-da Bakıda, cavab görüşünü isə ayın 23-də Gentdə baş tutacaq.