"Qarabağ"ın rəqibi baş məşqçisini qovdu

"Qarabağ"ın rəqibi baş məşqçisini qovdu
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq" baş məşqçisi Joze Pezeyrunu istefaya göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sayt istefanın səbəbini açıqlamayıb. Lakin iddia olunur ki, baş məşqçi ölkə kubokunda "Eştoril"ə məğlubiyyət (1:2) səbəbindən qovulub. 
Qeyd edək ki, "Sportinq" hazırda Portuqaliya çempionantında 5-ci, Avropa Liqasında isə 6 xalla 2-ci pillədə qərarlaşıb.
"Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər