"Qarabağ"ın rəqibi Bakıya məğlub gəlir

"Qarabağ"ın rəqibi Bakıya məğlub gəlir

Fransa çempionatında 7-ci turun oyunları keçirilir. 

Fanat.Az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Nant” da növbəti oyununa çıxıb.   Sözügedən komanda səfərdə “Loryan”a yenilib - 2:3. Matçın gedişinə gəlincə, 13-cü dəqiqədə hesabı açan “Nant” ardıcıl üç qol buraxıb və 85-ci dəqiqədə fərqi azaldıb.   7 tura 6 xal toplayan “Nant” Liqa 1-in turnir cədvəlində 20 iştirakçı arasında 15-ci pillədədir. 

“Qarabağ” Fransa təmsilçisinə qarşı ilk oyununu sentyabrın 15-də Bakıda, ikinci matçı isə oktyabrın 27-də səfərdə keçirəcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər