"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Arsenal" "Roma"nın futbolçusu Çingiz Ündəri transfer etmək istəyir.
Fanat.Az "Guardian" qəzetinə istinadən xəbər verir ki, London klubu türk futbolçu üçün italyanlara 50 milyon funt-sterlinq (təxminən 56 milyon avro) təklif edib. Bu transferin baş tutma ehtimalı yüksək qiymətləndirilir.
Çingizlə "Bavariya", "Mançester Siti", "Mançester Yunayted", PSJ və "Barselona" kimi böyük klubların da maraqlandığı bildirilir.
Qeyd edək ki, "Roma" Çingizi 2017-ci ilin yayında "Başakşəhər"dən 13,4 milyon avroya alıb. Hazırda "Transfermarkt"ın 27 milyon avro qiymət qoyduğu 21 yaşlı forvard cari mövsümdə keçirdiyi 10 rəsmi oyunda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Fanat.Az